AZ

Niderland Ukraynaya 175 milyon avroluq yeni hərbi yardım ayıracaq- ÖZƏL

Niderland hökuməti Ukraynaya yeni hərbi yardım paketi ayıracaq. Olaylar.az xəbər verir ki,  bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans sosial şəbəkə platforması X-də paylaşım edib.
"Ukraynaya 175 milyon avro məbləğində yeni dəstək paketini elan edirəm. Paketə radiolokasiya sistemləri və pilotsuz uçuş aparatları daxil olacaq", - deyə o bildirib.
Yeni yardım paketi Ukraynanın hava hücumlarından müdafiə qabiliyyətini gücləndirməyə və döyüş meydanındakı texniki üstünlüyünü artırmağa yönəlib. Bu addım Niderlandın Ukraynaya davamlı dəstəyinin bir hissəsi kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr