AZ

Lisey və gimnaziyalara qəbul 7-ci sinifdən aparılacaq - Elm və təhsil naziri

"Növbəti ildən başlayaraq, lisey və gimnaziyalara yalnız 7-ci sinifdən qəbul aparacağıq. Bəzən bunu məktəbi bağlayırıq kimi başa düşürlər".

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, nəticələri ilə fərqlənən məktəblər lisey və ya gimnaziya kimi formalaşdırılır:

"Bu məktəblərdə ibtidai sinfə qəbulu saxlayırıq, daha sonra isə növbəti ildən başlayaraq, yalnız 7-ci sinifdən qəbul aparacağıq. Bəzən bunu məktəbi bağlayırıq kimi başa düşürlər. Amma elə bir şey yoxdur. Sadəcə qanunvericiliyə görə, lisey və ya gimnaziya sinifləri ibtidai məktəbdən sonrakı səviyyədə olmalıdır".

Oxu.az

Seçilən
6
qaziler.az

1Mənbələr