BAKI, 24 iyun. TELEQRAF
“İranın ABŞ-nin Əl-Udeyd hərbi Hava bazasına hərbi hücumu özünümüdafiə aktıdır”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İranın ABŞ-nin Əl-Udeyd hərbi Hava bazasına hərbi hücumu özünümüdafiə aktıdır və Qətərdəki dost qonşularımızla heç bir əlaqəsi yoxdur, onlarla əla və dərin əlaqələrimiz var”, - iranlı diplomat bildirib.
Xatırladaq ki, İran Silahlı Qüvvələri dünən ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-də nüvə obyektlərinə hücumuna cavab olaraq, Vaşinqtonun Qətərdəki hərbi bazasına (Əl-Udeyd) raket zərbələri endirmişdi.
Hücumdan sonra Qətər İrana nota verib və ona cavab vermək hüququnu özündə saxladığını bəyan edib.