AZ

Lavrov: "ABŞ ilə münasibətlərin bərpası qlobal böhranların qarşısını almağa kömək edəcək"


Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması prosesi “asan və sürətli deyil”, lakin qlobal böhranların qarşısının alınmasında faydalı ola bilər.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Primakov oxunuşları”nda çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib: “Bu proses, əlbəttə ki, bu dialoqun inkişaf etdiyi dünya miqyasında asan deyil, sürətli deyil”.

O qeyd edib ki, Moskva ilə Vaşinqton arasında dərin fikir ayrılıqlarına baxmayaraq, Rusiya Federasiyası ABŞ prezidenti Donald Tramp administrasiyasının ilkin şərt olmadan ikitərəfli dialoqun bərpası təklifi ilə razılaşıb.

Lavrov əlavə edib ki, tərəflərin hər biri dünyanın taleyi üçün məsuliyyət və əzmkarlıq nümayiş etdirsə, o zaman bu dialoq bütün bəşəriyyətin xeyrinə ola bilər.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə ABŞ arasındakı münasibətləri “Ogey tövlələri” ilə müqayisə edib. Kreml nümayəndəsi onları “çox çirkli” adlandırıb və onların təmizlənməsinin çox vaxt aparacağını bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlər böyük zərər görüb, ona görə də onları “bir gecədə” konstruktiv kanala qaytarmaq mümkün olmayacaq.

aia.az
Tərcümə şöbəsi



Seçilən
5
aia.az

1Mənbələr