AZ

Dəyişikliklər nəticəsində özəl sektorun təhsil sahəsindəki rolu artacaq – Elçin Mirzəbəyli

Bakı. Trend:

“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Qanunlardadəyişiklik edilməsi barədə qanun layihəsində yer alandəyişikliklərin əsas qayəsi həm də, hazırda de-fakto fəaliyyətdəolan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətininqanunvericilik müstəvisində legitimləşdirilməsindən və bu sahədəözəl sektorun rolunun artırılmasından ibarətdir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü ElçinMirzəbəyli parlamentin bu gün keçirilən iclasında çıxışı zamanıdeyib.

Millət vəkili bildirib ki, təklif olunan dəyişikliklərin qəbulediləcəyi təqdirdə, məktəbdənkənar təhsil müəssisələri də faktikitəhsil sisteminin bir hissəsinə çevriləcək və həyata keçirilənislahatların təməl istiqamətləri bu sahəyə də hüquqi və digəraspektlərdən təsir göstərəcək:

“Dəyişikliklər nəticəsində özəl sektorun təhsil sahəsindəki roluartacaq və cəmiyyətə daha çox seçim imkanı verəcək, məktəbəhazırlıqqruplarının və digər təhsil xidmətlərinin təhsil prosesinintəşkilində daha aktiv rol oynamalarına şərait yaradacaq.

Dəyişikliklər eyni zamanda sosial-iqtisadi inkişafla uyğunlaşmavə əhatəliliyin artırılmasına da xidmət edir. Dəyişikliklərin qəbuledilməsi icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özələməkdaşlığı kimi yeni yanaşmalarla təhsil sisteminin əhatəliliyiniartıracaq. Həmçinin, məktəbəqədər təhsil yalnız dövlət müəssisələriilə məhdudlaşmayacaq, özəl sektorun və icma əsaslı təlimqruplarının da fəaliyyət göstərməsini təşviq edəcək”.

E.Mirzəbəyli vurğulayıb ki, qanun layihəsi valideynlərəövladlarının təhsili üçün daha çox alternativin təqdim edilməsi,valideyn-dövlət-özəl əməkdaşlığını ön plana çıxmasına, uşaqlarıninkişafına daha şəffaf və sistemli yanaşılmasına zəmin yaradır.

“Hazırda məktəbəqədər yaşlı uşaqların təhsili məktəbəqədərtəhsil müəssisələrində, ümumtəhsil məktəblərində və icma əsaslıtəlim qruplarında həyata keçirilir. Lakin bəzi özəl uşaq inkişafmərkəzlərində də bu təhsil praktikasının mövcudluğu bizə göstərirki, məktəbdənkənar təhsil müəssisələri də bu təhsildə vacib roloynayırlar. Bu qanun layihəsi ilə məktəbəqədər təhsilin həyatakeçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələri dədaxil ediləcək. Beləliklə, təhsilin əhatə dairəsi daha dagenişlənəcək və uşaqların inkişafı üçün daha çox imkanlaryaradılacaq. Bu isə məktəbəqədər təhsil sahəsində keyfiyyətin dahada artırılmasına və rəqabət mühitinin inkişafına imkan verəcək”, -deyə deputat qeyd edib.

Seçilən
25
27
az.trend.az

10Mənbələr