AZ

İran, İsrail, yoxsa ABŞ: qələbəni kim qazanıb?

Prezident Trump İsrail və İran arasında gedən müharibənin 12-ci günündə atəşkəs elan edib.

Bu, ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi hava hücumlarına qarşı gözlənilən, əsasən simvolik və diqqətlə səhnələşdirilmiş qisas cavab əməliyyatından, sadəcə saatlar sonra baş verib.

Hamı qələbə qazandığını deyir.

İki tərəfin də atəşkəsə hörmət etmək üçün səbəbi var.

İsrail "Oyanan şir" kampaniyasının uğurunu bayram edir: bu kampaniya İranın nüvə və hərbi imkanlarını ciddi şəkildə zədələdi və yüksək rütbəli hərbi və elm adamlarını öldürdü.

İsrail Trump-a həm də keçmişdə bir çox Amerika prezidentlərinin çəkindiyini etdirdi.

Atəşkəs təxminən iki illik müharibədən yorğun düşmüş israillilərə qarşı təzyiqi azaldacaq .

Qəzzada Həmasa qarşı dəqiq çıxış planı olmayan qarşıdurma davam etsə də, hakimiyyətə həm də iqtisadiyyatı yenidən canlandırmağa imkan verəcək.

İran üçün bu, az qala davamlı bombardman altında olan və on minlərlə didərgin düşmüş adamın rahatlığa çıxması deməkdir.

İndi vacib insfrastrukturun da daxil olduğu dağıdılmış yerlərin bərpası üçün uzun bir yol qət etmək lazım gələcək. Hərçənd ki, dərin iqtisadi böhran keçirən və ağır beynəlxalq sanksiyalar altında olan bir ölkə üçün asan iş deyil.

Seçilən
1
bbc.com

1Mənbələr