AZ

İsrail birtərəfli qaydada İrana hücumları dayandırıb – İranın Ali Milli Təhlükəsizlik Şurası

Bakı. Trend:

İsrail tərəfi İrana hücumunu birtərəfli qaydada dayandırmağaməcbur olub.

Trend-inməlumatına görə, bu, İranın Ali Milli Təhlükəsizlik Şurasınınbəyanatında öz əksini tapıb.

Bəyanatda qeyd olunur ki, 12 gün ərzində İran Silahlı Qüvvələritam şəkildə ölkəni müdafiə edib və qarşı tərəflərə zamanında vəölçüsündə reaksiya verib. Ən son hücum isə Qətərdə ABŞ-yə məxsus“Əl-Üdeyd” hərbi hava bazası və ardınca İsrailin müxtəlifərazilərinin raketlərlə vurulması idi.

Bəyanatda deyilir ki, İranın Silahlı Qüvvələri qarşı tərəflərinsözlərinə heç bir etibar etmədən istənilən təcavüzkar əmələqətiyyətli cavab verməyə hazır olacaqlar.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb. Elə həmin günün axşamı, İran “Doğru Vəd III”əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çoxyerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb,bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidentiDonald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elanedib.

Seçilən
11
az.trend.az

1Mənbələr