AZ

Zelenski Trampla görüşmək İSTƏYİR

Ukrayna Prezidenti Volodimir Zelenski Kanadada keçirilən G7 sammitində ABŞ Prezidenti Donald Trampla görüşə bilməsə də, ümidini itirmir.

O, NATO liderlərinin iyunun 24-25-də Haaqada keçiriləcək sammitində bu görüşün baş tuta biləcəyini deyib.

"Cebheinfo.az" xəbər  verir ki, Zelenski "Sky News"-a verdiyi açıqlamada jurnalistin “Trampla görüş gözləyirsinizmi?” sualına belə cavab verib:

“Bəli, görüşmək istəyirəm. Nə olacağını bilmirəm, amma komandalar çalışır, biz hazırıq".

Xatırladaq ki, Tramp iyunun 16-da “Böyük yeddilik” sammitini əvvəlcədən planlaşdırıldığından daha tez tərk edib.

Ağ Ev bu qərarı Prezidentin “bir çox vacib məsələni vaxtında həll etməli olması” ilə izah etsə də, "Financial Times"-ın məlumatına görə, ABŞ lideri Fransa Prezidenti Emmanuel Makronun davranışından narazı qalıb və Zelenski ilə görüşə maraq göstərməyib.

Zelenski isə Kanadaya Tramp artıq ölkəni tərk etdikdən sonra gəlib. Əslində, görüş əvvəldən də təsdiqlənməmişdi. Ağ Ev bildirmişdi ki, “prezidentin cədvəli dəqiqləşdirilir”.

Britaniya mətbuatı isə yazır ki, Ukrayna tərəfi bu görüşün baş tutmamasından məyus olub.

İndi gözlər Haaqa sammitinə yönəlib. 45 ölkənin liderlərinin və nazirlərinin iştirak edəcəyi bu toplantı Zelenski üçün yeni bir imkan ola bilər.

"The Guardian"-nın  məlumatına görə, əgər Tramp gəlməyəcəksə, Zelenski də bu tədbirə qatılmaya bilər.

Seçilən
32
50
cebheinfo.az

10Mənbələr