İndoneziyanın PT Pal dövlət gəmiqayırma şirkəti özünün İndoneziya Hərbi Dəniz Qüvvələri üçün hazırladığı pilotsuz mini sualtı qayığın yeni modelini təqdim edib.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
PT Pal şirkətinin layinə üzrə baş direktoru Çabibi Nur Tahlilin sözlərinə görə, Kapal Selam Otonom (KSOT - İndoneziya dilindən tərcümədə muxtar sualtı qayıq kimi tərcümə olunur) adlandırılan robot aparat İndoneziya Müdafiə Nazirliyinin müəyyən etdiyi əməliyyat tələblərinə uyğun olaraq hazırlanır.
KSOT üç müxtəlif konfiqurasiyada istehsal olunacaq: müşahidə və kəşfiyyat üçün, torpedo versiyası və kamikadze pilotsuz uçan aparat. Silahlı versiya iki ağır 533 mm-lik torpedanı daşıya biləcək.
Çabibi əlavə edib ki, sualtı qayıqların böyük həcmdə istehsalı planlaşdırılır: “Onlar peyk və/və ya radio rabitə kanalları vasitəsilə idarə olunacaq”.
KSOT-un çəkisi 37,28 ton, uzunluğu 15 metr, eni 2,2 metrdir. Mini sualtı qayığın suya enmə dərinliyi 350 metrə qədərdir. Dəniz sınaqlarının yaxın aylarda başlanacağı gözlənilir.
Bəxtiyar CƏFƏRLİ