AZ

Dünyanın ən böyük peyk operatoru NATO ilə müqavilə imzaladı

Mikropeyklərin dizaynı və istehsalı ilə məşğul olan Finlandiyanın aerokosmik şirkəti Iceye NATO-nun Strateji Əməliyyatlar Komandanlığına peyk məlumatlarını təqdim edəcək.

Editor.az xəbər verir ki, şirkətin açıqlamasında verilən məlumata görə, bütün hava şəraitində gecə-gündüz sintetik diyaframlı peyklərdən (SAR) məlumatlar toplanaraq dəniz, quru və əlçatmaz ərazilərin davamlı monitorinqinə imkan yaradır.

Mütəxəssislərin fikrincə, SAR peykləri Yer səthinin təsvirini 25 santimetrə qədər olan təsvirlər çəkir. Adətən, şəkil çəkməklə məlumatların ötürülməsi arasında təxminən səkkiz saat vaxt keçir. Bununla belə, bəzi hallarda təsvirin ötürülməsi bir saatdan az çəkə bilər.

Iceye hazırda müştəriləri üçün orbitdə 48 SAR peyki ilə dünyanın ən böyük peyk bürcünü idarə edir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr