AZ

İran XİN: Hələ atəşkəslə bağlı razılıq yoxdur

İran XİN: Hələ atəşkəslə bağlı razılıq yoxdur

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda İsraillə atəşkəs razılaşması yoxdur.

AFN.az xəbər verir ki, o bu barədə özünün teleqram kanalında yazıb.

"Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması barədə razılaşma yoxdur. Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı yekun qərarı daha sonra verəcəyik", - deyə nazir qeyd edib.

Qeyd edək ki, İsraillə İranın yaxın saatlarda tam atəşkəs barədə razılığa gəlmələri haqda ABŞ prezidenti Donald Tramp məlumat yayıb.

Seçilən
2
afn.az

1Mənbələr