
“Telegram” illik 1 milyon dollarlıq iş təklif edir
Yeniavaz.com xəbər verir ki, “Telegram”ın yaradıcısı Pavel Durov müsabiqənin başlandığını elan edib.
Onun sözlərinə görə, müsabiqənin qalibi Dubayda messencer komandasına qoşulmaq və vergilərdən sonra ildə 1 milyon dollar qazanmaq üçün unikal fürsət əldə edəcək.
Söhbət Android tərtibatçısı üçün vakansiyadan gedir. “Telegram”a daxil olmağın yeganə yolu müsabiqə tapşırığını yerinə yetirməkdir. Müsabiqə üçün son müraciət tarixi 11 iyuldur.
Müsabiqənin şərtlərinə görə, həll Android üçün hazırkı “Telegram” kod bazasına uyğun olmalıdır. Tətbiqin işində heç bir boşluğa yol verilmir və üçüncü tərəf interfeyslərinin istifadəsi qadağandır.