Son illərdə respublika fənn olimpiadalarında məktəblilərin iştirakı əhəmiyyətli dərəcədə artıb. Belə ki, olimpiadalarda iştirakçı sayı 80 mini ötüb.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.
“İstedadlı gənclərlə işləmək, onların vaxtında üzə çıxarılması və sonradan inkişafının təmin edilməsi Elm və Təhsil Nazirliyinin əsas prioritetlərindən biridir. Hesab edirəm ki, gələcəkdə də bu cür imkanlar olacaq və istedadların vaxtında müəyyən olunması həlledici rol oynayacaq”, - deyə nazir qeyd edib.