"Barselona"nın yenidənqurmadan sonra "Kamp Nou" stadionunda ilk oyununu 2025-ci ilin avqustunda keçirməsi mümkündür.
Publika.az xəbər verir ki, bu barədə "Radio Kataloniya" məlumat yayıb.
Mənbənin verdiyi xəbərə görə, avqust 10-da İtaliyanın "Komo" klubunun rəqib olacağı ənənəvi Joam Qamper kuboku çərçivəsində stadionun açılış oyunu baş tuta bilər.
Lakin avqustda "Kamp Nou"ya qayıtmaq üçün klub rəhbərliyi zəruri sənədləri qısa müddətdə əldə etməlidir.
Əvvəlcə stadionda yenidənqurma işlərindən sonra ilk ev oyunlarının 2025-ci ilin sentyabrında keçirilməsi planlaşdırılırdı. Təmir işləri 2022-ci ilin iyununda başlayıb və layihəyə stadionun tutumunun 105 min nəfərə qədər artırılması da daxildir.