“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSV-dən Valter Benitesi transfer edib. 32 yaşlı qolkiperlə razılaşmanın detalları açıqlanmayıb.
Benites 2022-ci ildən PSV-də çıxış edirdi. O, Argentina yığmasında 1 oyuna çıxıb.