AZ

Rizvan Nəbiyev: “Quru sərhədlərin qapalı qalması qərarını dəstəkləyirik”

Yazını böyüt
Yazını kiçilt

“Bu gün quru sərhədlərinin bağlı qalmasının özünü necə doğrultması şimal və cənub sərhədlərimizdə baş verən münaqişələr fonunda daha aydın ifadəsini tapır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Rizvan Nəbiyev deyib.

Deputat Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalı altında qalması və Azərbaycan 44 günlük müharibə və 1 günlük antiterror tədbirləri ilə torpaqları işğaldan azad etməklə özünün müdafiə və təhlükəsizliyinin təminatını yüksək səviyyədə həyata keçirməsi ilə bağlı məqamlara toxunub. Eyni zamanda vurğulayıb ki, Ermənistan sülh sazişini imzalamaqdan yayınır. O, belə bir vaxtda Azərbaycanın quru sərhədlərinin bağlı qalmasının strateji məqsədlərə xidmət etdiyini deyib.

Seçilən
3
hafta.az

1Mənbələr