AZ

RFO-da iştirak edənlərin sayı əhəmiyyətli dərəcədə artıb – Emin Əmrullayev

“Son illərdə Respublika fənn olimpiadalarında (RFO) iştirak edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, olimpiadalarda iştirakçı sayı 80 mini ötüb”. 

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev RFO qaliblərinin mükafatlandırılması mərasimində deyib.

"Elm və Təhsil Nazirliyi olaraq bizim üçün istedadlı gənclərlə işləmək, onları vaxtında üzə çıxarmaq və sonradan inkişafını təmin etmək əsas prioritetlərdir. Hesab edirəm ki, gələcəkdə də bu cür imkanlar olacaq və istedadlarının vaxtında müəyyən olunması onların inkişafında həlledici rol oynayacaq”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, istər fundamental elmlər, istər mühəndislik, istərsə də digər ixtisaslaşmış sahələrdə inkişaf üçün imkanlar mövcuddur. Bəzən bu sahələrdə az sayda insan çalışsa da, onların ortaya qoyduğu nəticələr son dərəcə dəyərli və təsirli olur.

Emin Əmrullayevin sözlərinə görə, belə məqamlarda azlığın içindən keyfiyyətli nəticələr çıxarmaq bacarığı ön plana keçir. Bu isə göstərir ki, əsas meyar sayın çoxluğu deyil, həvəs, zəhmət və istedaddır.

 

Seçilən
3
tehsil.biz

1Mənbələr