AZ

Respublika Fənn Olimpiadalarının qalibləri təltif olunub FOTOLAR

ain.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Konqres Mərkəzində 2024–2025-ci tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarının qalibləri üçün təntənəli mükafatlandırma mərasimi keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Sfera.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ardınca olimpiadanın keçirilmə prosesi və qaliblərin uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qalib şagirdləri, onların valideynlərini və müəllimlərini təbrik edib:

“Respublika Fənn Olimpiadaları təhsil sistemimizin əsas tədbirlərindəndir. Qalib olmaq yalnız bilik deyil, zəhmət və məsuliyyət tələb edir. Bu gün siz Azərbaycan məktəblilərinin bəlkə də 0.01 faizini təmsil edirsiniz”.

Nazir həmçinin valideyn və müəllimlərin bu uğurdakı rolunu xüsusi qeyd edərək təşəkkürünü bildirib.

Bu ilki olimpiadalarda 514 şagird qalib adını qazanıb:

I yer – 95 nəfər

II yer – 170 nəfər

III yer – 249 nəfər

Ənənəvi xarakter daşıyan bu tədbir istedadlı şagirdlərin elmi nailiyyətlərini cəmiyyətə tanıtmaq və onların gələcək uğurlarına stimul vermək məqsədi daşıyır.

Bəsti Rəfizadə

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
sfera.az

2Mənbələr