AZ

Atəşkəs prosesində yeni hücum

Trampın elan etdiyi atəşkəslə bağlı müzakirələr davam edərkən, İrandan İsrailə yeni raket zərbəsi endirilib. İsrailin paytaxtı Tel-Əvivdə siren səsləri eşidilib.

İsrail ordusu insanları sığınacaqlara daxil olmağa çağırıb. Ordu İrandan dördüncü raket dalğasının buraxıldığını qeyd edib.

İsrail mətbuatı İranın atdığı raketlərdən birinin Birşeba şəhərindəki yaşayış binasına düşdüyünü açıqlayıb.

İsrail Fövqəladə Hallar Xidməti, Birşebadakı hücumda 6 nəfərin həyatını itirdiyini, 3-ü ağır olmaqla 9 nəfərin yaralandığını açıqlayıb.

Bəzi mənbələr ölənlərin sayının 8 olduğunu iddia edib.

Seçilən
4
vaxt.az

1Mənbələr