Aviasiya təhlükəsizliyi sahəsində insayderlərin təhlükəli əşyaları bort ehtiyatlarında gizlətməsi narahatlıq doğurur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Ən yüksək zəiflik təhlükəsizlik tədbirlərindən kənarda yerləşən istehsal və çatdırılma prosesində müşahidə olunur.
Əgər son yoxlamalar məhdud və ya ümumiyyətlə aparılmırsa, insayderlər bu sistemdən sui-istifadə edə bilər.
Partlayıcı qurğuların gizlədilməsi potensialı təhlükəni artırır.
Hazırda Azərbaycan hava limanlarında bu məhsullar mühafizə olunan zonalarda hazırlandığından, zəiflik orta-aşağı səviyyəsindədir.
Lakin toksiki zəhərlərin tətbiqi ilə bağlı zəiflik daha yüksək qiymətləndirilir.
Bu baxımdan, risklərin davamlı monitorinqi və insayderlərin izlənməsi vacib hesab olunur.