AZ

Riskin HESABLANMASI

Risk təhdid, nəticə və zəifliyin qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda göstərilib.

Riskin səviyyəsi təhdid ehtimalı ilə təhlükəsizlik səviyyəsinin nisbəti ilə hesablanır.

Bu nisbət risk səviyyəsinin ölçüsünü təyin edir və təhlükəsizlik sisteminin effektivliyini əks etdirir.

Təhlükəsizlik səviyyəsi yüksək olduqda risk səviyyəsi azalır, az olduqda isə risk artır.

Mühüm obyektlərin müdafiəsi risklərin məqbul səviyyədə olmasına bağlıdır.

Risklərin idarəolunması aviasiya təhlükəsizliyinin artırılması və obyektlərin qorunması məqsədi daşıyır.

Qiymətləndirmə prosesi təhdid modellərinin və risklərin təhlili, azaldılması və gələcək tövsiyələrin verilməsini əhatə edir.

Seçilən
1
heftelik.az

1Mənbələr