AZ

"Beşiktaş" Argentina millisinin sabiq üzvünü transfer etməyi planlaşdırır

"Beşiktaş" heyətini Argentina millisinin sabiq üzvü ilə gücləndirməyi planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Monterrey”in formasını geyinən Lukas Okamposla danışıq aparır. Türkiyə klubu həm vinger, həm də hücumçu kimi oynaya bilən argentinalının keçidini bu yay reallaşdırmaq istəyir.

Transfer alınmasa, “Beşiktaş” Okamposu Meksika klubundan icarəyə götürməyə cəhd edəcək.

Təcrübəli futbolçunun “Monterrey”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “River Pleyt”, “Monako”, “Marsel”, “Cenoa”, “Milan”, “Sevilya”, “Ayaks” klublarında çıxış edib.

saytlarin hazirlanmasi

Seçilən
7
1
sportal.az

2Mənbələr