AZ

Bakıda türkdilli dövlətlərin kredit büroları platformasının yaradılması haqqında memorandum imzalanıb

Türkdilli dövlətlərin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

“Report”un məlumatına görə, imzalanma mərasimi bu gün Bakıda "Fintex Summit 2025" sərgisi çərçivəsində baş tutub.

Memorandumu Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov, Türkiyə Kredit Bürosunun rəhbəri Orkun Deniz, Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyası (ACIPE) İdarə Heyətinin sədri, Qazaxıstanın “First Credit Bureau”nun rəhbəri Ruslan Omarov, Özbəkistanın "Kredit-informasiya analitik mərkəzi" Kredit Bürosunun rəhbəri Ravşan Abdukərimov, Qırğızıstanın "İşenim" Kredit Bürosunun baş direktoru Marlis Duyşequlov imzalayıblar.

Seçilən
2
3
report.az

4Mənbələr