AZ

"Sabah" heyətini yeni müdafiəçi ilə gücləndirib

Azərbaycanın "Sabah" futbol klubu yay transfer dönəmində ikinci transferini reallaşdırıb.

Operativ Media xəbər verir ki, komandanın heyətinə qvadelupalı mərkəz müdafiəçisi Stiv Solvet qoşulub. Son klubu Fransa II Liqasının "Martig" komandası olan 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Solvet indiyədək yalnız Fransa klublarında çıxış edib.

Xatırladaq ki, "Sabah" bundan əvvəl də əlcəzairli müdafiəçi Akim Zedadku ilə müqavilə bağlamışdı.

Seçilən
6
operativmedia.az

1Mənbələr