
ABŞ prezidenti Donald Tramp “İsrail və İran demək olar ki, eyni vaxtda yanıma gəldi və sülh dedi” deyərək, iki ölkə arasında 12 günlük qarşılıqlı hava hücumlarına son verəcəklərini bir daha bəyan etdi.
ABŞ prezidenti “Truth” sosial media platformasındakı hesabından verdiyi açıqlamada, İsrail və İranın sülhün bərqərar olması üçün demək olar ki, eyni vaxtda ona çatdığını, əsl qalibin isə dünya və Yaxın Şərq olduğunu bildirib.
Tramp sosial şəbəkədəki paylaşımında “hər iki ölkə öz gələcəklərində böyük sevgi, sülh və rifah görəcək” deyib və əlavə edib: “Onların qazanacaqları çox şey var, lakin həqiqət və dürüstlük yolundan azarlarsa itirəcəkləri də çox olacaq”.
İsrail və İranın gələcəyinin "hüdudsuz və böyük vədlərlə dolu" olduğunu qeyd edən Tramp mesajını "Allah ikinizi də qorusun" sözləri ilə yekunlaşdırıb.