AZ

İnstaqram dan yenilik 20 dəqiqəlik Reels videoları

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

"Instagram" məzmun yaradıcıları üçün vacib bir yeniləmə edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Reels" videoları indi 20 dəqiqəyə qədər uzadıla bilər.

Bu addım platformanın sosial media istifadəçiləri üçün "YouTube"a alternativ olmaq cəhdinin yeni hissəsi kimi qiymətləndirilir.

İndiyə qədər 90 saniyə ilə məhdudlaşdırılan "reels" videoları, yeniləmə ilə 20 dəqiqəyə qədər ola bilər. Bu dəyişiklik xüsusilə video fokuslu məzmun istehsal edən istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sosial media ekspertləri bildirirlər ki, bu addım "Instagram"ın "TikTok" və "YouTube" kimi video mərkəzli platformalarla daha güclü rəqabət aparmaq strategiyasının bir hissəsidir.

Xüsusilə məzmun yaradıcılarının daha uzun videolarla daha dərin hekayələr yarada və izləyiciləri ilə qarşılıqlı əlaqəni artıra biləcəkləri düşünülür.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
azxeber.com

1Mənbələr