AZ

Zaxarova: Serbiyanın Ukraynaya silah göndərib-göndərmədiyi ilə bağlı aydınlıq gözləyirik

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada Serbiyanın Kiyevə silah tədarükü ilə bağlı Belqraddan aydınlıq gözlədiyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz Telegram kanalında yazıb.

“Mən rəsmi Serb nümayəndələrindən bu məsələ ilə bağlı o qədər müxtəlif izahatlar eşidirəm ki, indi aydınlaşdırmalıyıq: Həqiqətən belə bir göndəriş olub, ya yox? Eşitmişik ki, belə bir şey artıq mümkün deyil. Lakin məsələni tam başa düşmək üçün bu məlumatın hansının doğru olduğunu aydın şəkildə ifadə etmək lazımdır”,-deyə o bildirib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat ofisi daha əvvəl Serbiyanın Ukraynaya hərbi məhsullar ixrac etmək üçün dairəvi yollardan istifadə etdiyini bildirmişdi. Bu açıqlamanın ardından Serbiya Prezidenti Aleksandr Vuçiç sənədlər və məhsulların son istifadəçiləri ilə bağlı hər hansı bir şübhə yaranarsa, müqavilələrin ləğv ediləcəyini açıqlayıb, həmçinin Serbiyanın sursat ixracını dayandırdığını və bundan sonra xaricə daşınmalar üçün xüsusi qərarların alınması lazım olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr