AZ

Mərkəzi Bank İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzrə məhsulları sektora təqdim edəcək - Vüsal Xəlilov

Bakı. Trend:

Fintex yeni maliyyə paradiqmasıdır. Son illərdə maliyyəsistemində müşahidə etdiyimiz ən mühüm transformasiyalardan biriFintexlərin artan roludur.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvüVüsal Xəlilov bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyəvə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, bugünkü dinamik rəqəmsal dünyada istifadəçilərsürətli, təhlükəsiz və fərdiləşdirilmiş maliyyə xidmətlərigözləyirlər: "Fintex isə bu gözləntini reallığa çevirən əsashərəkətverici qüvvədir. Mərkəzi Bank olaraq müvafiq sektorlarınsiyasət və nəzarət konsepsiyalarını yaratmaq və həyata keçirməkləyanaşı, rəqəmsal maliyyə həllərinin təşviqi, innovativtexnologiyaların tətbiqi və inklüziv fintex ekosistemininqurulmasını öz strateji prioritetlərimizdən biri kimi müəyyənetmişik".

Sədr müavini vurğulayıb ki, maliyyə texnologiyaları sahəsindəbalanslı və çevik tənzimləmə çərçivəsinin yaradılması, yenitexnoloji həllərin bazara təqdim edilməsi, rəqəmsal maliyyəxidmətlərinə universal çıxış imkanlarının təmin edilməsi, bazariştirakçıları ilə səmərəli məlumat axınının qurulması əsashədəflərimizdəndir: "Üzərində çalışdığımız Açıq Bankçılıq,Paylanılmış KYC və xüsusilə Ani Ödənişlər Sistemi layihələrininfintexlərin inkişafı üçün mühüm rol oynayacağına inanırıq.

Məlumdur ki, qanunvericilik bazasının təkmilləşdirilməsi və onunicrasına nəzarət bizim əsas funksiyalarımızdır. Bu sahədə müvafiqassosiasiyalarla və onların ekspert qrupları ilə davamlımüzakirələr apararaq, bazar iştirakçılarını narahat edən məqamlarımüəyyənləşdirib onları qanun və qaydaların yeni versiyalarındanəzərə almağı, nəticə etibarilə innovativ məhsul və xidmətlərintəhlükəsiz tətbiqinə imkan verən münbit hüquqi zəmininformalaşdırılmasını hədəfləyirik".

O xatırladıb ki, hazırda Mərkəzi Bank 2024-2026-cı illəri əhatəedən “Maliyyə Sektorunun İnkişafı Strategiyası”na uyğun olaraq riskəsaslı nəzarət mexanizmlərinin təkmilləşdirilməsini həyata keçirirvə sözügedən təkmilləşdirmə çərçivəsində süni intellekt əsaslımodellərin geniş istifadəsi nəzərdə tutulur: "Bu mövzuda paylaşmaqistədiyim əsas fikir ondan ibarətdir ki, nəzarət funksiyalarınınfəaliyyəti qanunun aliliyini təmin edərək rəqabətli bazar mühitininformalaşdırılmasına və sektorun potensial risklərdən qorunmasınaxidmət edir".

V. Xəlilov qeyd edib ki, birbaşa bank hesabları üzərindən 24/7rejimli ödənişlərin emalına imkan verən Ani Ödənişlər Sisteminininkişafı istiqamətində işlər davam etdirilir: "Sistemin əhatədairəsi, texniki dayanıqlılığı və funksionallığı artırılaraq,istifadəçilərə daha sürətli və rahat ödəniş imkanları təqdimedilir. 2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin müvafiq dövrümüqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə icra edilənəməliyyatların sayında 40%-dən çox artım müşahidə edilmişdir.Sözügedən göstəricinin artım dinamikasını yaxından izləyir vənövbəti aylarda indikator üzrə müsbət trayektoriyanın davamedəcəyini proqnozlaşdırırıq".

O bildirib ki, 2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərənbankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyəninümumi həcmi 126 milyard AZN-dən artıq olmuş, bu isə 2023-cü il iləmüqayisədə 27%-lik artım nümayiş etdirmişdir: "Əlavə olaraq,2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartlarıvasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard AZN-əyaxınlaşmışdır.
Eyni zamanda, 2025-ci ilin ilk dörd ayı ərzində ölkədaxili ödənişkartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67%-dən,sayı isə 91%-dən çox olmuşdur. Bu isə, ödəniş kartları iləölkədaxili edilən hər on əməliyyatdan doqquzunun nağdsız şəkildəhəyata keçirilməsi deməkdir".

V. Xəlilov vurğulayıb ki, bu gün uğurlu fəaliyyət göstərənmaliyyə institutları texnoloji şirkətlərə çevrilərək rəqəmsalbiznes idarəetməsinə üstünlük verirlər: "Bu sahədə uğurlu olan ölkətəcrübələrini təhlil etsək, birmənalı deyə bilərik ki, uğurun əsasamilləri kimi 2 məqam ortaya çıxır: insan potensialı vəstandartların tətbiqi.

Rəqəmsal mühitdə tələb olunan mühəndislik, məhsul sahibliyi,dizayn və digər bilik domenləri uğurun əsas amillərindəndir. Hamıyaməlumdur ki, sadaladığım bilik və bacarıqlara qısa zamandayiyələnmək heç də asan deyil. Bu səbəbdən hər bir bilik domenindədüzgün istiqamətləndirmə və təcrübə çox vacibdir. Məhz bu səbəbdənMərkəzi Bankın dəstəyi ilə bu il İCPC - dünyada ən elitproqramlaşdırma yarışının finalı Azərbaycanda keçiriləcəkdir. Budeməkdir ki dünyanın bütün universitetlərinin ən güclüproqramçıları Azərbaycana gələcəkdir. Sözügedən yarış zamanıdünyanın top təşkilatlarının diqqəti Azərbaycanda olacaq, çünkiqeyd etdiyim kimi, bu təşkilatların uğurlu olmasının səbəbi məhzyüksək bilik və bacarığa malik olan insan potensialıdır. OpenAİ,Meta, Google kimi təşkilatların aparıcı rəhbər və mühəndislərindənibarət komandaların Azərbaycana İCPC alumniləri rolunda gəlməsi dəölkəmizin bu sahədə artan nüfuzunun bir göstəricisi kimiqiymətləndirmək olar. Hesab edirəm ki, finalın Azərbaycandakeçirilməsi bu sahənin populyarlaşmasında öz töfhəsiniverəcək".

V. Xəlilov bildieib ki, hal-hazırda Mərkəzi Bank komandası İTİdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetməçərçivələri üzərində işləyir və yaxın zamanda yekun məhsullarısektora təqdim etməyi planlayır: "Bu çərçivələr beynəlxalqstandartlar əsasında formalaşır və təşkilatlarda olan proseslərindaha dayanıqlı, təhlükəsiz və effektiv olmasını hədəfləyir.

Bildiyiniz kimi, cari ilin aprel ayından etibarən yeni Məlumatvə Kibertəhlükəsizlik üzrə qaydaların qüvvəyə minməsi sektoruntəhlükəsizliyi üçün çox mühüm addım idi. Belə ki nağdsızödənişlərdən istifadənin genişlənməsi ilə kiberhücumların vədələduzluqların sayı arasında birbaşa korellasiyası mövcuddur. Bubaxımdan kibertəhlükəsizliyə edilən investisiya cari dövrdə olduqcaönəmlidir. Hazırda təşkilatlar qaydalara uyğunluğun tam təminedilməsi üçün yol xəritələrini Mərkəzi Bankla razılaşdırır vətənzimləyici qurum olaraq biz bu sahədə təşkilatların gördüyü işiyüksək qiymətləndiririk".

"Gördüyünüz kimi biz bu prosesləri yalnız tənzimləyici olaraqdeyil, həm də aktiv təşəbbüskar, platforma yaradan və cəmiyyətəfayda qatan tərəf kimi aparmağa çalışırıq. Hədəfimiz – innovasiyayaaçıq, rəqabətli və etibarlı maliyyə mühiti yaratmaqdır. Bubaxımdan, ekosistemdə fəaliyyət göstərən bütün iştirakçılarla açıqdialoqu və əməkdaşlığı olduqca vacib hesab edirik.

Sektor iştirakçıları bazarın inkişafı mövzusunda bir-birinərəqib yox, tərəfdaş kimi yanaşmalı, ümumi məqsədlər naminə birgəhərəkət etməlidir. Güclü bir ekosistem məhz etimada, açıq dialoqavə ortaq məsuliyyətə əsaslanır. Bu baxımdan hər bir qurum sadəcəicraedici deyil, həm də təşəbbüskar olmalı, gələcəyinformalaşmasında fəal rol oynamalıdır. Yeni əməkdaşlıq modelləri vəbu sammit kimi - qarşılıqlı müzakirələr üçün yaradılan platformalarda məhz bu məqsədə xidmət edir", - deyə sədr müavini qeyd edib.

Seçilən
26
1
az.trend.az

2Mənbələr