AZ

İranın uran ehtiyatının taleyi sirr olaraq qalır

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp bazar günü səhər saatlarında İranın Fordo, Natanz və İsfahan nüvə mərkəzlərindəki əsas obyektlərin "tamamilə məhv edildiyini" iddia etsə də, ölkənin uran ehtiyatının taleyi naməlum olaraq qalır.

Hafta.az-ın yazdığına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi və ABŞ-ın vitse-prezidenti J.D.Vens mövzu ilə bağlı sualları cavablandırıblar.

Amerikanın ABC kanalında qonaq olan Vens, İranın zənginləşdirilmiş uran ehtiyatının məhv edilib-edilməməsi ilə bağlı suala belə cavab verib: “Gələcək həftələrdə bununla bağlı nəsə edəcəyimizə əmin olmaq üçün çalışacağıq və bu, iranlılarla müzakirələrimizin mövzularından biri olacaq”. Vens həmçinin iddia edib ki, avadanlıqları məhv edilmiş İran artıq bu ehtiyatları silah dərəcəli urana çevirmək imkanlarına malik deyil.

İranın şimalındakı Qum dağlarında yerləşən Fordo Nüvə Mexanizminin peyk görüntülərində ABŞ-ın arsenalında ən böyük silahlardan biri olan “Böyük Ordnance Penetrator”un qayalara nüfuz etməsi əks olunub.

İsrail hərbçiləri 26 ildən artıqdır ki, onların hədəfi olan Fordonun ciddi şəkildə zədələndiyini, lakin tamamilə məhv edilmədiyini düşünür.

İki İsrail rəsmisi anonimlik şərti ilə “New York Times”a deyiblər ki, İran ABŞ-ın hücumundan əvvəl avadanlıq və uranı obyektdən köçürmüş ola bilər.

Dəlillərə görə, Fordodan 60 faiz saf olan 400 kiloqram uran çıxarılıb. Nüvə silahı 90 faiz təmizlik tələb edir.

ABŞ-ın son hücumundan əvvəl Fordo ətrafında görünən yük maşınları ərazinin boşaldılmış ola biləcəyini ehtimal edir. İran parlamentarisi Fordonun “bir müddət əvvəl” təxliyə edildiyini bildirib. “New York Times” qəzetinə danışan ABŞ rəsmisi Fordoda olan avadanlığın bu qədər qısa müddətdə tamamilə köçürülə bilməyəcəyini deyib.

Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (İŞİD) iddia edib ki, Tehran 60 faiz saflığa gətirilən uran ehtiyatından istifadə edərək üç həftə ərzində Fordoda 9 nüvə silahı istehsal edə bilər.

MAQATE-nin direktoru Rafael Mariano Qrossi də Fordonun yeraltı hissəsinin nə qədər zərər gördüyünü bilmədiklərini bildirib. O, İsfahan Nüvə Müəssisəsində 60 faiz saf olan uran ehtiyatının da olduğunu xatırladaraq, “İran bu materialı qoruyub saxlamağa müvəffəq olduğunu gizlətmir” deyib.

“Wall Street Journal” İranın mərkəzindəki bu obyektdə 10 nüvə silahı istehsal etmək üçün kifayət qədər material olduğunu bildirib.

Middlebury Beynəlxalq Araşdırmalar İnstitutundan Ceffri Lyuis, ABŞ-ın hücumunun peyk şəkillərini araşdırdıqdan sonra CNN-ə bildirib ki, əməliyyatda hədəf alınan digər iki obyektdən fərqli olaraq, İsfahan nüvə obyektinə "heç bir bunker pirsinq bombası atılmayıb".

Lyuis həmçinin, uran ehtiyatının 60 faizinin İsfahandakı zədələnməmiş tunellərdə saxlandığını, bu səbəbdən İranın lazımi materiala malik nüvə silahı istehsal etmə ehtimalının aradan qaldırılmadığını iddia edib.

Digər tərəfdən, Trampın ilk dövründə Pentaqonda işləyən Mayk Mulroy, "İstifadə olunan sursatların növü və sayını nəzərə alsaq, İranın nüvə silahı proqramı yəqin ki, 2-5 il geri çəkilib" deyir.

Seçilən
7
hafta.az

1Mənbələr