AZ

Dünyanın ən təhlükəsiz 10 ÖLKƏSİ

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın İrana qarşı həyata keçirdiyi son hava əməliyyatlarından sonra təhlükəsizliklə bağlı narahatlıqlar yenidən dünya ictimaiyyətinin gündəmində ön plana çıxıb. Qəzza böhranı və Ukraynadakı müharibələr hələ də davam edərkən, qlobal miqyasda təhlükəsizlik axtarışları daha da əhəmiyyət kəsb edib. Mütəxəssislər regional böhranların birləşərək qlobal müharibə atmosferinə yol aça biləcəyi barədə xəbərdarlıq etsə də, bu mühitdə sülhün və sabitliyin davam etdiyi ölkələr diqqət mərkəzində saxlanılıb.

Hafta.az-ın yazdığına görə, İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hər il hazırlanan Qlobal Sülh İndeksi (GPI) 163 ölkəni siyasi sabitlik, daxili münaqişələr, cinayət nisbətləri və hərbi təhlükəsizlik kimi meyarlara görə qiymətləndirib. Qeyri-kommersiya və qərəzsiz bir qurum olan İnstitut sülh səviyyəsini insanların rifahının əsas göstəricilərindən biri hesab edir. Son hesabata görə, İslandiya növbəti dəfə siyahıya başçılıq edir. Bu, ölkənin sabit strukturu, aşağı cinayətkarlığı və xarici siyasətdə bitərəf mövqeyi sayəsində əldə etdiyi uğur kimi şərh olunur.

Siyahıda Avropa ölkələrinin çəkisi diqqət çəkir. İlk 10-luqda 7 Avropa ölkəsinin olması qitənin ümumiyyətlə təhlükəsiz hesab edildiyini göstərir. İngiltərə isə İslandiyadan 33 pillə geri qalır. Qlobal Sülh İndeksinə görə, dünyanın ən təhlükəsiz ölkələri aşağıdakılardır:

1. İslandiya, 2. Avstriya, 3. İrlandiya, 4. Yeni Zelandiya, 5. Sinqapur, 6. İsveçrə, 7. Portuqaliya, 8. Danimarka, 9. Sloveniya, 10. Malayziya.

Seçilən
7
hafta.az

1Mənbələr