AZ

Rusiya yaxaladı, Serbiya dərhal dayandırdı: Vuçiçdən gözlənilməz qərar

Serbiya prezidenti Aleksandar Vuçiç ölkədən sursat ixracının dayandırıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, Vuçiçin Serbiya Baş Qərargahının genişləndirilmiş kollegiyasının iclasından sonra verdiyi məlumata görə, indi bu cür məhsulların tədarükü yalnız xüsusi şərtlərlə mümkündür.

"Əvvəllər ixrac üçün iki nazirin razılığı kifayət idi. İndi hər şey dayandırılıb, biz Serbiyanın maraqlarına əsaslanaraq bundan sonra necə davam edəcəyimizi görəcəyik", - Vuçiç izah edib. O vurğulayıb ki, təxminən 150 min nəfər - sursat istehsalı ilə məşğul olan işçilərin ailələri Serbiyanın müdafiə sənayesinin stabil fəaliyyətindən asılıdır. Eyni zamanda, onun sözlərinə görə, ölkə silah deyil, yalnız döyüş sursatı ixrac edir.

Prezident qeyd edib ki, indi bütün əməliyyatlar əlavə yoxlamadan keçəcək və son alıcının və ya digər müşayiətedici sənədlərin həqiqiliyinə ən kiçik şübhə yarandıqda ləğv edilə bilər.

"Mən 150 min insanı çörəksiz qoymaq niyyətində deyiləm. Mənim vəzifəm, əksinə, onlar üçün yeni bazarlar tapmaqdır", - Vuçiç vurğulayıb.

Seçilən
3
publika.az

1Mənbələr