AZ

Can Yamanın yeni sevgilisi ortaya çıxdı – İlk görüntülər

Uzun müddətdir İtaliyada yaşayan məşhur türkiyəli aktyor Can Yaman şəxsi həyatı ilə gündəmə gəlib. 34 yaşlı aktyorun yeni münasibətə başladığı məlum olub.

Yenisabah.az xəbər verir ki, İtalyan mətbuatının yazdığına görə, Yamanın yeni sevgilisi Sara Blumadır. Onlar ilk dəfə “Global Series” festivalında birgə görüntüləniblər. Cütlük tədbirə əl-ələ qatılıb və media qarşısında birlikdə pozlar veriblər.

35 yaşlı yaraşıqlı aktyor hazırda baş rolunu canlandırdığı "Sandokan" serialı ilə gündəmdədir. Qeyd edək ki, “Sandokan” İtaliya istehsalı olan macəra janrında çəkilən serialdır və bu layihə Can Yamanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayır. Festival çərçivəsində sözügedən ekran işinin tanıtımı da keçirilib və aktyor layihə barədə jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, o, hüquq təhsili alsa da, karyerasını aktyorluqda davam etdirib. O, "Erkenci Kuş", "Bay Yanlış" kimi seriallarla böyük şöhrət qazanıb və hazırda İtaliyada həm reklam, həm də kino sahəsində fəal şəkildə çalışır.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
47
50
yenisabah.az

10Mənbələr