AZ

Nişan mərasimində DAVA 3 nəfər SAXLANILDI (VIDEO)

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Nişan mərasimində mübahisə küçədə əlbəyaxa davaya çevirilib.Xezerxeber.az-ın xəbərinə görə, hadisə gecə Bakıda Nizami rayonunda baş verib.Mikayıl Əliyev küçəsindəki restoranlardan birində keçirilən nişan mərasimində hələki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub. Hadisə nəticəsində restoranın qarşısında nəqliyyatın hərəkəti iflic olub. Polis əməkdaşları dərhal əraziyə cəlb olunub, insidentin qarşısını alıblar. Əldə etdiyimiz məlumata görə, şadlıq evinin yaxınlığında dava edən 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Onların hər biri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görülüb.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
15
demokrat.az

10Mənbələr