AZ

ABŞ-İran münaqişəsində ssenari: Trampa sui-qəsd ediləcək

ABŞ-ın zərbələrindən sonra İran İsrail ərazisinə hücumu davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Rusiya Elmlər Akademiyasının Q.A.Arbatov İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər namizədi Andrey Yevsyenko deyib.

“Hər iki tərəfin raket ehtiyatlarını və hava hücumundan müdafiə imkanlarını saxladığı müddətdə biz İran və İsrail arasında zərbə mübadiləsinin davamını görəcəyik”, - politoloq deyib.

Eyni zamanda, politoloqun fikrincə, ABŞ-ın hərəkətlərinə İran tərəfindən də birbaşa cavabların verilməsi ehtimalı var. Bunların arasında ekspert Yaxın Şərqdəki Amerika bazalarına zərbə endirilməsi, Hörmüz boğazının bağlanması və ya İran agent şəbəkəsinin ABŞ ərazisindəki hərəkətlərini sadalayıb. Ekspert hesab edir ki, eyni zamanda, hətta ABŞ prezidenti Donald Trampa sui-qəsd təşkil etmək cəhdlərini də istisna etmək olmaz.

Seçilən
13
publika.az

1Mənbələr