AZ

Həsən Nəzərov “Ankaragücü” ilə peşəkar müqavilə imzaladı

“Ankaragücü”nün U-19 komandasının üzvü, azərbaycanlı futbolçu Həsən Nəzərov Türkiyə klubu ilə peşəkar müqavilə imzalayıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Klubun yaydığı açıqlamada bunlar qeyd olunub:

“U-19 komandamızda nümayiş etdirdikləri uğurlu performanslarla önə çıxan gənc futbolçularımız – Həsən Nəzərov və Berat Dolu klubumuzla peşəkar müqavilə imzalayıblar”, – klubun sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, Həsən Nəzərov 2023-cü ildən “Ankaragücü” klubunun sistemindədir. O, ötən ildən əsas komandanın da formasını geyinir.

2024/2025-ci illər mövsümündə Türkiyə Super Liqasında uğursuz çıxışı ilə yadda qalmış “Ankaragücü” növbəti mövsümü TFF Birinci Liqada keçirəcək.

Seçilən
1
arena.az

1Mənbələr