AZ

Kreml rəhbərinin dünyanı sülhə çağırması absurddur -EKSPERT

İranın bombardman edilməsindən sonra ciddi şəkildə narahat olan Rusiya Prezidenti Vladimir Putin dünyanın III Dünya müharibəsinə sürüklənməsindən, o cümlədən İran və İsrail arasındakı qarşıdurma səbəbilə narahat olduğunu bildirib.
Rusiya rəhbəri bildirib ki, münaqişə üçün böyük potensial var və bu, getdikcə artır: "Bu, birbaşa bizə də aiddir - Ukraynada yaşadığımız münaqişə. Və əlbəttə ki, biz İranın nüvə obyektləri ətrafında baş verənlərdən də çox narahatıq. Yaxın Şərqdə baş verənlər diqqət və münaqişənin, xüsusən də sülh yolu ilə - bütün istiqamətlərdə həlli yollarının axtarışını tələb edir. Bura toplaşmağımızın səbəblərindən biri də budur".

Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev Sherg.az-a deyib ki, Ukraynada öz slavyan qardaşlarını öldürməyə davam edən Kreml rəhbərinin dünyanı sülhə çağırması absurddur. Ekspert bildirib ki, Putinin bu çağırışı əsl nonsensdir:

 "Sülh hara, Putin hara? Sülhdən danışmaq Rusiya kimi neoimperialist dövlətə yaraşmır. Putin bəzi hisslərini itirdiyinə görə sülh haqqında belə rahat-rahat danışır, özünü "sülh quşu" kimi göstərməyə çalışır. Bu, həm də ona görə belədir ki, beynəlxalq hüquq artıq məhv olub. Dünya elə günə qalıb ki, müharibə başladanlar, minlərlə insanın ölümünə səbəb olanlar da sülhdən və insanlıqdan danışır. "Hərb və Sülh" kimi nəhəng epopeyanın yazıldığı bir ölkənin rəhbərinin Ukraynadan və Cənubi Qafqazdan tutmuş Yaxın Şərq və Afrikaya qədər hər yerdə gərginlik və müharibə ocaqları yaratması və sonra da dünyanı "sülhə" çağırması həqiqətən də həm absurd və əsl faciədir".
Seçilən
3
1
sherg.az

2Mənbələr