Ukrayna “Sapsan” qısa mənzilli ballistik raketinin kütləvi istehsalına başlayıb. Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni raket 310 mil (498,9 km) məsafədəki hədəfləri vura bilir, Rusiya-Ukrayna sərhədindən Moskvaya qədər olan məsafə isə 300 mil (482,8 km) təşkil edir. Sapsan 480 kq ağırlığında döyüş başlığı ilə təchiz edilib.
Jurnalistlər Ukrayna prezident aparatının rəhbəri Andriy Yermakdan yeni raketin Moskvaya çata biləcəyini soruşublar.
"İşlər çox yaxşı gedir. Düşünürəm ki, biz bir çox hallarda düşmənlərimizi təəccübləndirə biləcəyik", - deyə siyasətçi cavab verib.
Əziz Mustafa, Oxuməni.az