AZ

ABŞ da güclü qasırğa: 6 nəfər ölüb, 2 si azyaşlıdır

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Şimali Dakota və Nyu-York ştatlarını güclü qasırğa olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə xeyli daşınar və daşınmaz əmlaka böyük zərər dəyib, ölənlər var.

ABŞ mətbuatı yazır ki, ölüm faktı Şimali Dakota ştatının Enderlin şəhərində baş evrib: "Burada 70-80 yaşları arasında 3 nəfər ölüb. Nyu Yorkun Clark Mills bölgəsində isə 6 yaşlı əkiz qardaşlar da daxil olmaqla , daha 3 nəfər həyatını itirib...".

Milli Hava Xidmətinin rəsmisi Jakob Spender bildirib ki, qasırğa yüzlərlə ağacı kökündən çıxarıb, qatar vaqonlarını aşırıb və evlərə ziyan vurub: "Hazırda zərər dəqiqləşdirilir".

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
mia.az

2Mənbələr