İran raketinin İsrailin cənubundakı Beer Şeva şəhərində yeddi mərtəbəli binaya düşməsi nəticəsində 10 nəfər yaralanıb, onlardan üçü ölüb...
Poliqon bu barədə N12 telekanalına istinadən xəbər verir.
Son bir saatda İsraildə təcrid olunmuş raket buraxılışları qeydə alınıb və bir çox icmalarda hava hücumu sirenləri səslənib. İsrail ordusu ölkənin hava qüvvələrinin hücumu dəf etdiyini bildirib.
İyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp münaqişə tərəflərinin atəşkəs barədə razılığa gəldiyini bəyan edib. Onun sözlərinə görə, 24 saatdan sonra dünya 12 günlük müharibənin rəsmi sonunu alqışlayacaq. Tramp həmçinin bildirib ki, atəşkəs əbədi davam edəcək.
Poliqon.info