AZ

İranın hücumu “simvolik” olsa da, radikal addım ata bilər

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın Qətərdəki ABŞ bazalarına zərbələr endirməsi radikal addımlar mərhələsinə keçid təhlükəsini önə çıxarır.

“Röyters” də daxil olmaqla beynəlxalq media İranın Qətərdəki hərbi bazaya hücumla bağlı Doha və Vaşinqtonu öncədən məlumatlandırdığını yazır. Bu, İran rejiminin daha öncə də istifadə etdiyi “simvolik hücum” taktikasını təkrarlaması kimi görünür. Lakin bu ehtimalı zəiflədən məqamlar da var: İranın daha öncə “simvolik hücumu” daxili auditoriyası və “müqavimət oxu” qarşısında güc nümayişi məqsədi daşısa da, mövcud müharibə şərtlərində bu cavab “simvolika”dan daha çox şey deməkdir;

Vaşinqtonun hücumuna cavab xarakteri daşıyan Tehranın hücumları rejimin özünüqoruma instinkti ilə müharibəni regional müstəviyə yaya biləcəyindən xəbər verir. Rejimin hadisələrin inkişafında Hörmüz boğazının bağlanması kimi radikal seçimlərə əl atacağı da istisna edilməməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
4
axar.az

5Mənbələr