AZ

Növbəti köç karvanı Ağdərəyə və Ağdama yola salındı

BAKI, 24 iyun. TELEQRAF

Növbəti köç karvanı bu gün Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salındı.

Teleqraf xəbər verir ki, Ağdərə rayonunun Həsənriz kəndinə cəmi – 40 ailə (146 nəfər) köçürülür.

Ağdam rayonunun Sarıcalı kəndinə isə cəmi 1 ailə (4 nəfər) köçürülür.

Ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Tərtər və Ağdam RİH-lərin nümayəndələri tərəfindən yola salınıblar.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, bu köç də nəzərə alınmaqla Ağdərə rayonunun Həsənriz kəndinə cəmi 130 ailə (452 nəfər), Ağdam rayonunun Sarıcalı kəndinə isə cəmi 186 ailə (775 nəfər) köçürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Seçilən
7
2
teleqraf.com

3Mənbələr