AZ

Son bir il ərzində sabit genişzolaqlı internetin median sürəti 2 dəfə artıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 24 iyun, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan “Ookla” şirkətinin prezidenti və baş icraçı direktoru Stefen Bay ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi feysbuk səhifəsində paylaşıb.

“Bakıda səfərdə olan “Ookla” şirkətinin prezidenti və baş icraçı direktoru Stefen Bay ilə görüşdük. İKT sahəsində əməkdaşlıq və birgə layihələrin icrasını müzakirə etdik.

Stefen Bay Azərbaycanda son 4 il ərzində genişzolaqlı internetə çıxış imkanının 4 dəfə artdığını və bunun əhəmiyyətli göstərici olduğunu bildirdi.

“Ookla” şirkətinin rəhbərliyi Azərbaycanda internet xidmətinin keyfiyyət göstəricilərinin operator və provayderlər tərəfindən “Speedtest” alətindən istifadə edilməklə ölçüldüyünü vurğuladı. Nəticələrə əsasən son 1 il ərzində sabit genişzolaqlı internetin median sürətinin 2 dəfə artdığını qeyd etdi”, - deyə nazir vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
azertag.az

2Mənbələr