AZ

İlham Əliyevin Yevlax və Goranboy rayonlarına səfəri:GÖRÜLƏN İŞLƏRLƏ TANIŞLIQ, YENİ OBYEKTLƏRİN AÇILIŞI...

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax rayonuna səfər edib.

 

Senzor.az bildirir ki, dövlət başçısı əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Prezident sonra Yevlax Olimpiya İdman Kompleksində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub, Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin və Yevlax pilot aqroparkının açılışında iştirak edib.

 

İ.Əliyev daha sonra Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

 

Daha ətraflı videomaterialda:

Seçilən
13
1
senzor.az

10Mənbələr