AZ

Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən hərbi bazaya hücumunu pisləyib

Qahirə, 24 iyun, AZƏRTAC

Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən əl-Udeyd hərbi bazasına hücumunu pisləyib və bunu ölkənin suverenliyinə qarşı tamamilə qəbuledilməz bir təcavüz kimi qiymətləndirib.

AZƏRTAC QNA xəbər agentliyinə istinadla bildirir ki, bu barədə Baş katib Əhməd Əbul-Ğeytin verdiyi bəyanatda yer alır.

Qeyd olunur ki, təşkilat İranın beynəlxalq hüquqa zidd olan bu pozuntusuna qarşı Qətərlə tam həmrəyliyini ifadə edib.

Əbul-Ğeyt, həmçinin nəzarətsiz şəkildə genişlənə biləcək münaqişənin ağır nəticələr doğura biləcəyini bildirib və gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırıb. O, ərəb ölkələrinin suverenliklərini müdafiə etmək və onu xarici təcavüzlərdən qorumaq hüququna sahib olduqlarını bir daha vurğulayıb.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
13
azertag.az

1Mənbələr