AZ

Futbolçu və sevgilisi həlak oldu

İyunun 23-nə keçən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində “Temp Tunayted” komandasının oyunçusu Vladimir Moseyçuk və sevgilisi Anna həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “Street Football Challenge” nəşri məlumat yayıb.

“Futbol ailəmizdə faciə baş verib. Bu gün ürək ağrısı ilə dəhşətli xəbəri paylaşırıq – bu gecə Kiyevə raket zərbəsi nəticəsində “Temp Yunayted”in oyunçusu Vladimir Moseyçuk və sevgilisi Anna həlak olub. Onlar bizim tanıdığımız, birlikdə oynadığımız, güldüyümüz insanlardır. Müharibə seçmir, sadəcə olaraq aparır. Buna görə də birlikdə olmalı, kömək etməliyik”, – məlumatda deyilir.

Seçilən
26
2
publika.az

3Mənbələr