AZ

Şəxsi razılığa gəldi - Millinin yarımmüdafiəçisi ilə

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Qranit Caka İtaliya A Seriyasına keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” bu həftə 32 yaşlı futbolçunun transferi ilə bağlı Almaniya klubuna rəsmi təklif göndərəcək.

İsveçrə millisinin üzvü artıq “Milan”la şəxsi razılığa gəlib. Müqavilənin müddətinin 2028-ci ilə qədər nəzərdə tutulduğu və əlavə bir il uzadılma imkanının olduğu bildirilir.

Caka 2024/25 mövsümündə bütün turnirlərdə 49 oyunda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
55
5
sportinfo.az

10Mənbələr