ABŞ-da keçirilən lublararası dünya çempionatında B qrupunun oyunları yekunlaşıb.
Teleqraf xəbər verir ki, "Botafoqo" və PSJ pley-offa yüksəlib.
Son oyunlardan sonra 3 klub 6 xal toplayıb. Nəticədə onlar arasında keçirilən qarşılaşmalardakı nəticələr nəzərə alınıb. "Sietl Saunders"u məğlub edən Çempionlar Liqasının son qalibi PSJ qrup lideri olub. "Botafoqo"nu məğlub etməsinə baxmayaraq, Madrid "Atletiko"su 3-cü olaraq dünya çempionatı ilə vidalaşıb.
Klublararası dünya çempionatı
Qrup mərhələsi, B qrupu
3-cü tur
23 iyun
23:00. "Atletiko" - "Botafoqo" - 1:0