AZ

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbələrindən sonra İranın cavab hücumunu "zəif" adlandırıb.

“14 raket atılıb – 13-ü vurulub, biri isə təhlükəsiz istiqamətdə hərəkət etdiyi üçün buraxılıb. Məmnuniyyətlə bildirirəm ki, amerikalılardan heç kim yaralanmayıb və demək olar ki, heç bir ziyan dəyməyib. İrana əvvəlcədən xəbərdarlıq etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm, bunun sayəsində heç kim ölməyib və xəsarət almayıb”, – Tramp qeyd edib.
Seçilən
16
11
sherg.az

10Mənbələr