Braziliyada ehtiyacı olan uşaqlara xeyriyyə məqsədli futbol matçı keçirilib.
Offsideplus.az xəbər verir ki, San-Paulo şəhərində baş tutan oyunda tanınmış şəxslər, habelə braziliyalı ulduz Neymar iştirak edib. Artıq çəkisi ilə tanınan20 yaşlı blogger Jordao da oynayanlar arasında olub.
Əvvəllər 340 kq.-a qədər çəkisi olmuş, hazırda 280 kilo olan blogger qapıçı kimi Neymara qarşı oynayıb. 33 yaşlı hücumçu topu qolkiperin ayaqları arasından keçirərək fəndlər nümayiş etdirib.
Həmin videonu təqdim edirik: