ABŞ Prezidenti Donald Tramp İranın Qətərdəki hərbi bazalarına hücumdan əvvəl bu barədə xəbər verdiyini açıqlayıb, artıq İsrailə də sülh üçün müraciət edəcəyini bildirib.
Heftelik.az-ın məlumatına görə, Donald Tram bu barədə “Truth Social”-da paylaşım edib.
Donald Tramp qeyd edib ki, ABŞ-ın nüvə obyektlərini məhv etməsinə İran rəsmən çox zəif cavab verib: “İran 14 raket atıb, bu raketlərdən 13-ü vurulub, 1-i isə açıq əraziyə düşüb. Çox şadam ki, heç bir amerikalı xəsarət almayıb, demək olar ki, heç bir zərər dəyməyib. İтanıram ki, bundan sonra nifrət olmayacaq. Mən İrana təşəkkür edirəm ki, öncədən bizi xəbərdar ediblər və nəticədə heç kəs həyatını itirməyib, yaralanan olmayıb. Mümkündür ki, İran artıq regionda sülh və harmoniya yolu ilə davam etsin və mən də İranı bunu etməyə çağırıram”.
ABŞ Prezidenti Qətər Əmirinin regionda sülhə nail olmaq üçün hər şey etdiyini bildirib və Qətər Əmirinə təşəkkür edib.